Zelenski Britaniyadadır - YENİLƏNİB

Zelenski Britaniyadadır - YENİLƏNİB
01 Mar 2025 17:16

Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi şənbə günü Böyük Britaniyaya enib. 

News365.az "CNN"ə istinadən xəbər verir ki, o, sabah Londonda Kiyevə dəstəyi müzakirə etmək üçün yığışan Avropa liderlərinin sammitində iştirak edəcək.  Ukrayna lideri Volodimir Zelenskinin təyyarəsi dünən axşam Ağ Evdə amerikalı həmkarı Donald Trampla  qalmaqallı görüşdən sonra Londona uçub. 

Sabah Böyük Britaniyada Zelenskinin iştirakı ilə Ukraynanın təhlükəsizliyinin təminatlarına dair Avropa liderlərinin görüşü keçiriləcək.   Ağ Evdəki görüşdən sonra Böyük Britaniyanın baş naziri Key Starmer Tramp və Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. 

*** 

  Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra ABŞ-nı tərk edərək İngiltərəyə yollanıb.

News365.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün "Telegram" kanalında məlumat yayıb.  Məlumata görə, Ukrayna liderinin təyyarəsinin günorta saatlarında İngiltərə paytaxtına enməsi gözlənilir.  Zelenskinin gedişini şərh edən ukraynalı deputat Yaroslav Jeleznyak vəziyyətin möcüzəvi şəkildə yaxşılaşmayacağını və buna ümid etmək lazım olmadığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada