"Mən düşünürəm ki, Zelenskinin heç bir yaxşı şey gözləmir. "-
Hərbi ekspert Şair Ramaldanov bunu News365.az-a açıqlamasında deyib.
"Ola bilər ki, Kiyevdə, Ukraynada Zelenskinin bu vəzifədə qalması ilə bağlı etirazlar başlayıb. Biz bilirik ki, Ukrayna xalqı prinsip etibarilə müharibədən yorulub və görür ki, bu müharibənin nəticəsi Rusiyanın şərtlərinin və Rusiya dövlətinin Ukraynanı işğalını genişləndirməsi ilə davam edir. Buna görə də düşünürəm ki, Ukrayna başa düşür ki, onların başqa yolu yoxdur – masa arxasında oturub məsələləri həll etmək lazımdır.
Zelenski isə prinsip etibarilə öz ambisiyalarını qorumaq və müəyyən şəkildə hakimiyyətini saxlamaq üçün yenə də Ukrayna xalqının maraqlarını deyil, onu idarə edən Avropa İttifaqında olan şəxslərin və qüvvələrin maraqlarını qoruyur. Ukrayna xalqının və Ukraynanın öz maraqlarını isə onların maraqlarına qurban verir."