Bakıda evdə partlayış olub.
News365.az xəbər verir ki, martın 2-də saat 04:15 radələrində Binə qəsəbəsi Xəqani küçəsində Cəmaləddin Qasımova məxsus həyət evində partlayış baş verib.
Mənzilin mətbəxində baş verən qaz sızması nəticəsində yaranan partlayışdan evin bir hissəsi yanıb.
Nəticədə C.Qasımov və ailə üzvləri xəsarət alıb. Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.