Tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi açıqlanıb - YENİLƏNİB

Tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi açıqlanıb - YENİLƏNİB
10:51

Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub. 

News365.az xəbər verir ki, həmin şəxslər aşağıdakılardır: 

- 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı 

- 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu 

- 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu 

- 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl  - 2006-cı il təvəllüdlü Əsədova Türkan 

- 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət 

*** 

Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır. 

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.   

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada