Dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq durub qonşuya getdi

Dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq durub qonşuya getdi
15 Apr 2025 10:14

Rusiyada maraqlı hadisə baş verib. "Sever Press"in yaydığı məlumata görə, Yamalo-Nenets Muxtar Dairəsində balaca uşaq çoxmərtəbəli binanın pəncərəsindən yıxılsa da sağ qala bilib. O, binanın girişinin "çətir" adlanan hissəsinə düşüb və ölməyib. 


"Hadisə Sovetskaya küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Dörd yaşlı qız dördüncü mərtəbənin pəncərəsindən yıxılıb. Uşaq giriş çətirinə düşüb və maraqlıdır ki, elə özü də ayağa qalxaraq ikinci mərtəbədəki qonşuların evinə girib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir", - nəşr yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada