Xəbər verdiyimiz kimi, təxminən iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya aparılan Əməkdar artist Firuzə İbadova artıq evə buraxılıb.
News365.az sənətçinin qızı Hülya anasının son durumu ilə bağlı Bakıvaxtı.az-a danışıb.
O bildirib ki, Əməkdar artist hələ tam sağalmayıb və müalicəsi ev şəraitində davam edir.
"Xəstəxanada qalmaq istəmədi. Çünki ev şəraitində daha tez sağala bilər" deyən Hülya qorxulu anların geridə qaldığını vurğulayıb. Dediyinə görə, anasının təzyiqi və yuxu rejimi də qaydasına düşsə, yaxşı olacaq.
"Mənim anam güclü qadındır, toparlanacaq. Başqa yolu yoxdur, bizə görə toparlanmalıdır", - deyə Əməkdar artistin qızı əlavə edib.