Tramp Avropanı hədələdi

Tramp Avropanı hədələdi
14:40

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) Kanadaya “ortaq üzv” statusu vermək təşəbbüsünə sərt reaksiya verib.

News365.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Aİ-nin bu ideyasını “gülünc” adlandırıb.

“Kanada dəhşətli ticarət tərəfdaşı olub. Əgər bunu etsələr və bunun düşməncəsinə bir hərəkət olduğunu düşünsəm, Avropaya çox ciddi tariflər tətbiq edərəm və ya bir çox sahədə ticarəti dayandıraram”, - deyə Tramp xəbərdarlıq edib.

Qeyd edək ki, Aİ Komissiyasının sədri Ursula Fon der Lyayen Kanada Baş naziri Mark Karni ilə birgə iştirak etdiyi sessiyada Kanadanın Aİ-nin ilk “ortaq üzvü” olması üçün imkan yaratmaq istədiklərini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada