Bakının Həsən Əliyev küçəsində tələbələrin universitetə gediş-gəlişini asanlaşdırmaq məqsədilə müvəqqəti keçid yaradılıb.
News365.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayımlanıb.
Qeyd olunub ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci korpusunun qarşısında aparılan təmir işləri ilə əlaqədar yol bağlanıb. Tələbələrin hərəkətinin təmin edilməsi üçün əraziyə müvəqqəti keçid qoyulub.
Hazırda tələbələr yolu uzatmadan universitetə giriş-çıxış edə bilirlər.