Pezeşkian: İran ABŞ və İsrailin qarşısında baş əyməyəcək

Pezeşkian: İran ABŞ və İsrailin qarşısında baş əyməyəcək
13:56

“İran ABŞ və İsrailin qarşısında dayanıb, çünki onlar zorakılıq etmək istəyirlər, biz isə zorakılığın qarşısında baş əymək istəmirik”.

News365.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Kim deyib ki, ABŞ bütün dünyanın adına qərar verməlidir və nə istəyirsə, qalanları buna tabe olmalıdır? Bu, bizim qəbul etməyəcəyimiz bir şeydir. Biz bunun bədəlini ödəyirik. Zülm, haqsızlıq və zorakılığın qarşısında baş əyməyəcəyik”, - dövlət başçısı qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada