Bakıda səhər saatlarında işə və dərsə gedən sərnişinlərin ictimai nəqliyyatda üzləşdiyi problemlər diqqət çəkir.
News365.az xəbər verir ki, Paytaxt sakinlərinin gündəlik gediş-gəlişi zamanı qarşılaşdığı bir sıra hallar sosial şəbəkələrdə də müzakirə olunur.
Sərnişinlərin diqqət çəkdiyi əsas problemlər sırasında dayanacaqlarda avtobusların saxlamadan keçməsi, avtobuslarda həddindən artıq sıxlıq və bunun nəticəsində sərnişinlərin nəqliyyat vasitəsinə çətinliklə minməsi göstərilir.
Bundan başqa, avtobuslarda sürücü ilə sərnişinlər arasında, eləcə də sərnişinlərin öz aralarında mübahisələrin baş verməsi də narazılıq doğuran hallardandır.
Sıxlıq, yüksək temperatur və havasızlıq isə bəzi sərnişinlərin səhhətinin pisləşməsinə, hətta huşunu itirməsinə səbəb ola bilir.
Beləliklə, paytaxt sakinlərinin səhər saatlarında ictimai nəqliyyatdan istifadə zamanı qarşılaşdığı əsas çətinliklər avtobusların dayanacaqlarda saxlamaması, həddindən artıq sıxlıq, mübahisələr və nəqliyyat vasitələrində havalandırma ilə bağlı problemlərdir.