Qərar verildi: Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq

Qərar verildi: Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq
17 Sen 2026 12:24

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

News365.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılır.

  Qeyd edək ki, bundan öncə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılmışdı.  Xatırladaq ki, karantin rejiminin əsas məhdudiyyətlərindən biri quru sərhədlərin bağlı qalmasıdır.


Sizin reklam burada
Sizin reklam burada