Diqqət: İyunun 30-da Yer kürəsində maqnit qasırğası olacaq

Diqqət: İyunun 30-da Yer kürəsində maqnit qasırğası olacaq
12:23

İyunun 30-da Yer kürəsində G1 (zəif səviyyəli) maqnit qasırğasının baş verəcəyi gözlənilir.

News365.az-ın kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, iyunun 29-da maqnit qasırğasının yaranma ehtimalı 10 faiz təşkil edir. İyunun 30-da isə bu göstərici 87 faizə yüksələrək Yer maqnit sahəsində zəif dalğalanmaların olacağı proqnozlaşdırılır.

Alimlərin proqnozuna əsasən, iyul ayı ərzində maqnitosferin ümumilikdə sabit qalacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada