5 nəfər xəstəxanaya yerləşdirildi

5 nəfər xəstəxanaya yerləşdirildi
11:27

Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib. Rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar. Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub. Aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.

“Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - AQTA-dan qeyd ediblər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada