Mətbəxdə yerə qənaət etmək və ya rahatlıq yaratmaq məqsədilə mikrodalğalı sobanı soyuducunun üzərinə yerləşdirmək ilk baxışdan praktik görünə bilər. Qısa bir hərəkətlə yeməyi soyuducudan çıxarıb dərhal qızdırmaq əlverişli gəlsə də, mətəxəssislər bu vərdişin ciddi fəsadlar yarada biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Bu qərarın riskli olmasının başlıca səbəbləri aşağıdakılardır:
Elektrik şəbəkəsinin yüklənməsi: Hər iki məişət texnikası yüksək enerji sərfiyyatı ilə çalışır. Onların eyni elektrik rozetkasına qoşulması rozetkanın həddindən artıq qızmasına, naqillərin zədələnməsinə və hətta yanğın təhlükəsinə yol aça bilər.
İstilik və havalandırma problemi: Cihazların rəvan işləməsi üçün ətrafında azad hava dövranı vacibdir. Mikrodalğalı sobanın iş zamanı ayırdığı istilik soyuducunun soyutma sisteminə əlavə yük salaraq onun ömrünü qısaldır.
Yanıq və zədələnmə riski: Soyuducunun hündürlüyünü nəzərə alsaq, baş səviyyəsindən və ya daha hündürdən qaynar yemək qabını götürmək təhlükəlidir. Ehtiyatsızlıq etdikdə qabın aşması ağır yanıq xəsarətlərinə səbəb ola bilər.
Bəs Mikrodalğalı Soba Harada Yerləşdirilməlidir?
Mətbəx zonasını planlaşdırarkən cihazların təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Mikrodalğalı soba üçün en əlverişli məkan mətbəx tezgahının üzəri hesab olunur. Cihazı yerləşdirərkən onun pəncərə işığından və su krantından kifayət qədər məsafədə olmasına diqqət yetirmək lazımdır.