Uşaqları məktəb rejiminə necə hazırlamalı? – Pediatrdan vacib tövsiyələr

Uşaqları məktəb rejiminə necə hazırlamalı? – Pediatrdan vacib tövsiyələr
10:20

Dərs ilinin başlamasına az qalmış valideynləri ən çox düşündürən məsələlərdən biri uşaqların yay rejimindən məktəb ritminə keçid prosesidir. Mütəxəssislər xəbərdarlıq edir ki, yuxu və qidalanma vərdişlərini məktəbin açılmasına bir-iki gün qalmış dəyişməyə çalışmaq yanlışdır. Adaptasiya prosesinin rahat keçməsi üçün hazırlıqlara ən azı 1-2 həftə əvvəldən başlamaq lazımdır.

News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Regina Nemətovanın sözlərinə görə, yay tətilində uşaqların gündəlik rejimi pozulduğu üçün səhər oyanma və axşam yatma saatlarını tədricən erkənə çəkmək vacibdir.

Məktəblilər üçün addım-addım rejim planı:

  • Tədricən oyanma saatı: Əgər uşaq yay aylarında səhər saat 11:00-da durmağa öyrəşibsə, onu birdən-birə tezdən oyatmaq olmaz. İntensivliyi hər gün 30 dəqiqə qabağa çəkərək (məsələn, 10:30, daha sonra 10:00) orqanizmi məktəb saatına hazırlamaq lazımdır. Bu, gün ərzində aktivliyi artıracaq və axşam vaxtında yorulub yatmasına kömək edəcək.

  • Qidalanmanın nizamlanması: Yuxu saatı ilə yanaşı, yemək vaxtlarının da məktəb qrafikinə uyğunlaşdırılması uşağın fiziki və psixoloji adaptasiyasını xeyli asanlaşdırır.

  • Qadjetlərdən uzaqlaşma: Yatmazdan ən azı 1 saat əvvəl telefon, planşet və televizor kimi elektron cihazlardan istifadə dayandırılmalıdır. Bunun əvəzinə sakit mühit yaradılmalı, uşağın kitab oxumasına və ya rahatladıcı fəaliyyətlərə yönəlməsinə şərait yaradılmalıdır.


Sizin reklam burada
Sizin reklam burada