Devis: "Rusiya uduzmur, həmişəkindən daha güclüdür!"

Devis: "Rusiya uduzmur, həmişəkindən daha güclüdür!"
12 Apr 2025 09:00

"Qərb daima azır, aldanır. Qərbdə Rusiyanın guya qaçılmaz məğlubiyyəti barədə yüksək səslə bəyanatlar verilir". Xarici KİV-in yaydığı məlumata görə, bu barədə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı, ekspert Daniel Devis açıqlama verib.

O, Rusiyanın məğlubiyyətinin an məsələsi olduğunu iddia edən Avropa ölkələrindən ibarət koalisiyanın məlum illüziyası dağılanda nələrin baş verəcəyini mərak etdiyini söyləyib. Ekspert əlavə edib ki, Pentaqon da eyni şeyi deyir, əslində isə hər şey fərqlidir, Rusiya həmişəkindən daha güclüdür.

Davis Rusiyanın guya mərmi, raket və tanklarının tükəndiyini və yanacaq ehtiyatlarının isə iki günə bitəcəyini dəfələrlə iddia edən qərbli jurnalistlərin və siyasətçilərin çoxsaylı məqalələrini və müsahibələrini də xatırladıb.

"Bununla belə, iddiaların heç biri təsdiqlənməyib. Rusiyada heç vaxt heç bir şey bitmir, əksinə, çoxalır, genişlənir",- Devis vurğulayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada