"Dərmanların keyfiyyətsizliyi ciddi narahatlıq doğurur" - Eyyub Hüseynov

"Dərmanların keyfiyyətsizliyi ciddi narahatlıq doğurur" - Eyyub Hüseynov
09 Yan 2025 23:15

Son zamanlar ölkədə dərman preparatlarının keyfiyyətinin aşağı olması ilə bağlı narazılıqlar artıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News365.az-a açıqlamasında bu məsələyə toxunub.


Sədrin sözlərinə görə, quruma bu mövzu ilə bağlı çoxsaylı şikayətlər daxil olur:

"Son dövrlərdə dərmanlar lazımi effekti vermir. Vətəndaşlar apteklərə və həkimlərə müraciət etdikdə onlara bir deyil, bir neçə dərman istifadəsi tövsiyə edilir. Bu da dərmanların keyfiyyətinin aşağı olması ilə bağlı narahatlıqları artırır."


Eyyub Hüseynov qeyd edib ki, paytaxtda apteklərin sayının sürətlə artması da vəziyyətin ciddiliyini göstərir:

"Hazırda dərmanların keyfiyyətsizliyi yüksəkdir. Təkcə Atatürk prospektində, 9 mərtəbəli bir binanın altında 7 aptek fəaliyyət göstərir. Demək olar ki, hər addımbaşı dərman satış nöqtəsinə rast gəlirik. Hər birində növbələr var. Bu, ya insanların körpəlikdən kimyəvi preparatlara alışdırılmasını, ya da dərmanların təsirsiz olduğunu göstərir."


Sədr, Almaniya apteklərinin ölkədə fəaliyyət göstərməsini də yerli məhsulların keyfiyyət problemi ilə əlaqələndirib:

"Ölkədə Alman apteklərinin varlığı, yerli apteklərdə keyfiyyətin aşağı olduğunu dolayısıyla sübut edir."


Eyyub Hüseynov istehlakçıları dərman alarkən daha diqqətli olmağa və keyfiyyətsiz məhsullar barədə müvafiq qurumlara müraciət etməyə çağırıb.



Youtube kanalımız