Dərbəndin yeni başçısı azərbaycanlı oldu

Dərbəndin yeni başçısı azərbaycanlı oldu
01 May 2025 23:45

Azərbaycanəsilli Xanlar Paşabəyov Dərbəndin yeni meri seçilib.


News365.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.


Xanlar Paşabəyov daha əvvəl – 2022-ci ildən 29 aprel 2025-ci ilə qədər – Dağıstanın Ədliyyə Nazirliyinə rəhbərlik edib.


Paşabəyovu yeni vəzifəyə Dağıstan rəhbərinin administrasiyası və hökumətinin birinci müavini Əli İbrahimov təqdim edib.


Qeyd edək ki, Dərbəndin sabiq meri Əli Quliyev 30 aprel tarixində şəxsi istəyi ilə vəzifəsindən istefa verib


Sizin reklam burada
Sizin reklam burada