Küveyt də bölgədəki vəziyyətin pisləşməsi səbəbindən hava məkanını müvəqqəti olaraq bağlayıb.
News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi hakimiyyət orqanlarının açıqlamalarına istinadən məlumat yayıb.
Bundan əlavə, İraq ölkənin hava məkanının bağlanmasını martın 1-dək uzadıb. Daha əvvəl ölkə üzərindən uçuşların bu gün Bakı vaxtı ilə saat 13:40-da bərpa olunması planlaşdırılırdı.
Xatırladaq ki, Bəhreyn, İran, İraq, İsrail və Qətər üzərindən də uçuşlar dayandırılıb.
Suriya da təhlükəsizlik məqsədilə hər biri Dəməşqdən başlayan dörd hava dəhlizini uçuşlar üçün bağlayıb.