Hindistanın Çhattisqarh ştatında yerləşən elektrik stansiyasında partlayış baş verib.
News365.az xəbər verir ki, bu barədə NDTV telekanalı polisə istinadən məlumat yayıb.
Nəticədə azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Partlayış stansiyanın qazan borusunda baş verib. Hadisədən sonra əraziyə xilasedicilər və polis cəlb olunub, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Yaralananlar xəstəxanaya yerləşdirilib, lakin dağıntılar altında insanların qala biləcəyi ehtimalı var.