Xalq artisti Natiq Şirinovun özü kimi musiqiçi olan oğlu Ümid Amerikaya gedib.
News365.az xəbər verir ki, bir müddətdir ailəsi ilə Amerikada olan Ümid paylaşımı ilə diqqət çəkib.
Ümid Amerika pasportu aldığını nümayiş etdirib.
Qeyd edək ki, N.Şirinovun iki qız, bir oğul övladı var. Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı ilə ailəlidir. Cütlüyün bir qız övladı var./Axşam.az
