Sanksiyalı Çin tankeri ABŞ-ın Hörmüzdəki dəniz blokadasını yarıb.
News365.az xəbər verir ki, sanksiyaya məruz qalan “Rich Starry” adlı Çin tankeri bu gün Hörmüz boğazı vasitəsilə keçid edib.
Məlumata görə, tanker 250 min barel metanol daşıyıb. Bu hadisə ABŞ-ın bölgədə dəniz blokadası tətbiq etməsindən sonra qeydə alınan ilk belə keçid hesab olunur.
Çin tərəfi isə ABŞ-ın addımına münasibət bildirərək, blokadanı “təhlükəli və məsuliyyətsiz” kimi qiymətləndirib.