“L’Espresso”nun üz qabığı diplomatik mübahisə yaradıb.
News365.az xəbər verir ki, İtaliyanın “L’Espresso” jurnalının üz qabığında israilli məskunlaşanın bir fələstinli ilə qarşıdurmasını əks etdirən görüntü diplomatik mübahisəyə səbəb olub.
İsrailin İtaliyadakı səfiri sözügedən paylaşımı “antisemitizm” kimi qiymətləndirib. Bu isə ictimaiyyət arasında müzakirələrə yol açıb.
Tənqidçilər qeyd edir ki, real hadisələrin işıqlandırılmasının qərəz kimi təqdim olunması suallar doğurur.