Daha bir jurnalist müharibədə ÖLDÜ

Daha bir jurnalist müharibədə ÖLDÜ
26 Mar 2025 12:25

Rusiyanın Birinci Kanalının müharibə müxbiri Anna Prokofyeva Belqorod vilayətində öldürülüb. 

News365.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə rusiyalı bloger Vladimir Romanov açıqlayıb. 

Onun sözlərinə görə, jurnalist martın 26-da dünyasını dəyişib. 

Müxbirin ölümü ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Bundan bir qədər əvvəl "İzvestiya"nın müxbiri Aleksandr Fedorçak, həmçinin "Zvezda"nın operatoru Andrey Panov və çəkiliş qrupunun sürücüsü Aleksandr Sirkeli müharibə bölgəsində həlak olublar. 


Sizin reklam burada
Sizin reklam burada