Çindən ABŞ-la bağlı xəbərdarlıq

Çindən ABŞ-la bağlı xəbərdarlıq
09 Apr 2025 22:45

Çinin Mədəniyyət və Turizm Nazirliyi ABŞ-a səfər etməyi planlaşdıran turistlərə səyahət riskləri barədə xəbərdarlıq edib.


News365.az xəbər verir ki, nazirlik çinli turistlərə ABŞ-da səyahət zamanı diqqətli olmağı tövsiyə edib.


Çinin Təhsil Nazirliyi isə ABŞ-ın Ohayo ştatında Çin üçün əlverişsiz hesab edilən müddəaları özündə cəmləşdirən, Çin-ABŞ təhsil müəssisələri arasında akademik mübadilələrə məhdudiyyətlər qoyan "Ali təhsil haqqında" qanunun qəbulundan sonra bu ölkədə təhsil haqqında xəbərdarlıq edib. Qurumun bəyanatında ABŞ-ın bəzi ştatlarında təhsil almağı planlaşdıran çinli tələbələrə təhlükəsizlik risklərini hərtərəfli qiymətləndirmək və ayıq olmaq tövsiyə edilib


Sizin reklam burada
Sizin reklam burada