Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
News365.az xəbər verir ki, BDYPİ sürət həddini hava şəraitinə uyğun seçməyi tövsiyə edib.
"Ara məsafəsini artırın", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, qəfil manevr və sərt tormozlamadan çəkinmək lazımdır:
"Nəqliyyat vasitəsini ağacların və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlamayın".