Bu şəhərdə qaz olmayacaq

Bu şəhərdə qaz olmayacaq
12:07

Sumqayıt şəhərində 1200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən News365.az-a verilən məlumata görə, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iyunun 29-da saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada