Bu ölkədə yanğın baş verib 8 ölü

Bu ölkədə yanğın baş verib 8 ölü
16:43

Filippinin Keson-Siti şəhərində üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Yanğından Mühafizə Bürosu (BFP) məlumat yayıb.

Hadisə nəticəsində biri uşaq olmaqla 8 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Yanğın səhər saat 11 radələrində başlayıb, yanğınsöndürənlər alovu 3 saatdan sonra söndürə biliblər.

Qeyd olunub ki, hadisə yerinə 24 yanğınsöndürən maşın və üç təcili tibbi yardım briqadası göndərilib.

Yanğın nəticəsində dəymiş zərərin 3,6 milyon Filippin pesosu (62 min dollar) olduğu bildirilib.


Sizin reklam burada
Sizin reklam burada