İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.
Bu barədə BBC yerli rəsmi qurumlara istinadən xəbər yayıb.
***09:00
İndoneziya sahillərində Flores adası yaxınlığında 7,7 bal gücündə güclü zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib. Bu barədə “Reuters“ Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lenaya istinadən məlumat yayıb.
Sunami xəbərdarlığı edilib.
Xatırladaq ki, İndoneziyada bu il aprelin 1-də 7,4 bal gücündə zəlzələ baş vermiş və sunamiyə səbəb olmuşdu.