Havaların
soyuması ilə bağlı xəstələnmə halları artır. Xüsusilə də uşaqlar arasıda bu nəzərə
çarpır. Burun axması, öskürək və digər hallar uşaqları əldən salır. Çox təəssüf
ki, bəzi valideynlər belə hallara ciddi fikir vermir. Halbuki bütün qorxulu xəstəliklər
çox zaman soyuqdəymədən qaynaqlanır.
Mövzu ilə bağlı News365.az-a danışan pediatr Vaqif
Qarayev deyir ki, uşaqlarda uzunmüddətli öskürək müşahidə olunur:
“Son vaxtlar
şikayətlər çoxalıb. Əgər uşağınızda öskürək bir həftədən çox davam edirsə, həkiminizə
müraciət edin, müayinə olunmalıdır. Əgər öskürək yüksək qızdırma ilə müşaiyət
olunursa, gecikmədən müayinə etdirin. Südəmər yaşlı uşaqlarda qızdırma və öskürək
üç gündən çox davam edirsə, fəsadların qarşısını almaq üçün dərhal həkimə aparın.
Bu arada peyvəndsiz uşaqlarda tutmaşəkilli, boğucu öskürək varsa, göyöskürəyi
inkar eləmək üçün yenə həkiminizə müraciət edin!”
News365.az