Astanada təşkil olunan beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən
yüksək xal olan 12 bal verib.
Əlbətdə, bu siyasi qərardı. Hakimiyyətin hansısa qanadı yaxud birbaşa ən yuxarıdan bu xalı verilməsi və onunla qucaqlaşması tapşırılıb. Ermənilər indi sülh korpusu adı ilə Bakıya gəlirlər, birazdan Qarabağa da gələcəklər, sonra köçüb yaşayacaqlar və 1828-dən bu günə qədər yaşadığımız tarix təkrar olacaq. Yenə ölümlər, yenə işğal, yenə acı, ağrı və zülmlər..
Türkmənçay müqaviləsindən sonra Osmanlı torpaqlarına köçürülməsi nəzərdə tutulan ermənilərin Azərbaycan torpaqlarında yaşamasına Rusiya, Osmanlı dövləti və Qacar dövləti şərait yaradıb. Onlara dəstək olan böyük dövlətləri demirəm. Sadəcə Lazarevin ermənilərə müraciətin oxumaq kifayət edər ki, nə məqsədlə və niyə bizim torpaqlarımızda ermənilər məskun ediliblər.
Bu barədə çox yazmaq istəmirəm, amma 1828-1988-ci illərə qədər, 1991-2020-ci illərə qədər sülh atəşkəsi nəticəsinin sonunda yenə də ən ağır vəziyyətdə biz qalmışıq. İtirən biz olmuşuq, zərər çəkən də.
1905,1906,1918- ci ildə öldürülən minlərlə azərbaycanlı qanının axıdığı torpaqlalara ermənilər yenidən qayıtdılar, yenidən qan tökdülər. İndiki hakimiyyət o dövrün hakimiyyətinin səhvlərini təkrar eləməsin. Xahiş edirəm dövlətimizdən, bizi gələcək faciələrdən qorusunlar..
Əlbətdə, hamı sülh istəyir. Biz müharibə olmasını əsla istəmirik. Lakin özümüzü bu cürə də alçadılmasını istəmirəm. Qalib xalqın adından istifadə edib belə ucuz şouya əl atılması məni üzür. Biz xalq olaraq sülh istəyirik, bunun üçün şərtlərimiz isə aydındır.
Ermənilər "böyük Ermənistan" ideyasından əl çəksinlər, Kilsəni siyasətdən uzaq tutsunlar, dərslikləri dəyişsinlər, Konstitusiyanı dəyişsinlər, saxta tarixlərindən əl çəksinlər, bizim mədəni və mənəvi dəyərləri oğurlamasınlar, bizim real tarixi qəbul etsinlər, Qərbi Azərbaycanda və Qarabağda milli məbədi abidələrə dəymiş zərəri ödəsinlər, Azərbaycan xalqına məxsus tarixi adları bərpa etsinlər və gəlsinlər Xocalıya görə, 31 marta görə, 1905,1906-ya görə, Başlıbelə, Qaradağlıya və digərlərinə görə üzr istəsinlər. Gəlsinlər 30 il işğalda saxladıqları torpaqların sakinlərindən üzr istəsinlər. Azərbaycan torpaqlarında aparılan qanunsuz arxeoloji qazıntılar sayəsində tapılan əşyalar bizə geri qaytarılsın. İşğal zamanı dinc insanların evlərindən aparılan əşyalara görə təzminat ödəsinlər.
Qərbi Azərbaycan əhalinin geri qayıtmasına beynəlxalq səviyyədə təminat versinlər. Orda Azərbaycanlılar yaşayan kəndlərin, rayonların əsl adlarını bərpa etsinlər.
Köçəryan, Sərkisyan, Balayan, Vitali Balasanyan və digərlərini bizə təhvil versinlər.
Biz də sülh istəyirik belə olan halda...Dinc yaşamaq istəyirik daha