Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.
XXXI turda "Qalatasaray" "Fənərbağça"nı qəbul edəcək.
"Rams Park" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, "sarı-qırmızılar" 71 xalla liderdir. Qonaqlar 67 xalla ikinci pillədə qərarlaşıb.