Məşhur futbolçu vəfat etdi

Məşhur futbolçu vəfat etdi
09:34

İngiltərənin"Çelsi" futbol klubunun tarixində ən məhsuldar ikinci futbolçu olan Bobbi Tamblinq 84 yaşında vəfat edib.

News365.az xəbər verir ki, sabiq hücumçu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bobbi Tamblinq 1959-1970-ci illərdə "Çelsi"nin heyətində çıxış edib. O, London təmsilçisinin formasında 202 qol vuraraq klub tarixinin bombardirləri siyahısında ikinci yerdə qərarlaşıb. 1965-ci ildə "Çelsi" ilə İngiltərə Liqa Kubokunu qazanan Tamblinq klubun tarixində ən yaddaqalan futbolçulardan biri hesab olunur. O, karyerası ərzində digər İngiltərə və İrlandiya klublarında da çıxış edib. Tamblinq 1974-cü ildə "Cork city" ilə İrlandiya çempionu olub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada