Biz bu əraziyə gəlməyikmi?

Biz bu əraziyə gəlməyikmi?
09:10
"Mən türkçülüyün əleyhinə çıxış edəndə bəziləri ağır büzür. Bax, budur etnosçuluğun biabırçı nəticəsi! Deməli, Naxçıvanda 2800 illik yaşı olan qayaüstü Urartu mixi yazısının yeri müəyyən edilib. Tariyel Azərtürk adlı birisi də düşüb Arxeologiya və Antropologiya İnstitutunun üstünə ki, yoxeee, bu, Urartu yazısı deyil, qədim türk yazısıdır. İnstitut da and-aman edir ki, ay balam, dünyada qədim dillərin tədqiqatının metodologiyası, alimləri-filan var, onlara istinad etmişik".
Bu fikirləri hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, maraqlandım ki, bu Tariyel Azərtürk kimdir axı ki, lingvistika elmini alt-üst etmək istəyir:
"Əsl soyadı Əliyevdir. 85 yaşı var. İxtisasca həkimdir. Qocalığında başlayıb həvəskar kimi qədim dillərlə məşğul olmağa (yaxşı da edib, hərənin bir hobbisi var). Hətta rus və ingilis dilllərində “Türk və Türk dilinin yaranması (Çivi yazısı əsasında)” 1200 səhifəlik kitabını da nəşr edib. Orada iddia edir ki, qədim Şumer və Urartu dilləri türk dilidir, onların əhalisi də türk olub və s. və i.a.
Dünyanın akademik mühitində bu cür iddialar gülüşdən başqa heç nə doğurmur. Çünki dillərin müqayisəsi fundamental elmi əsaslar üzərində deyil, müəllifin kefinə uyğun təsadüfi oxşarlıqlar üzərində qurulub. Müəllifin “kefi” də əslində türkçülük məfkurəsidir. Fərqi yoxdur, almançı (Hitler kimi), farsçı, rusçu, türkçü və s. öz etnosunu o qədər şişirdir ki, harada möhtəşəm nə görürsə, onu mənimsəmək sevdasına düşür. Təəssüf ki, bədnam qonşularımızdan bizdə də bəziləri bu xəstəliyə yoluxub.
Əslində isə böyük türk etnosunun saxta tarixə və oğurluğa ehtiyacı yoxdur, onun möhtəşəm hərb tarixi var, bu hərb tarixinin nəticəsi olaraq dilini qəbul etmiş çoxsaylı xalqlar və onların dövlətləri var. Harayasa gəlmə olmaq ayıb deyil. Türkyəlilər Anadoluya, avropalılar Amerikaya gəlmə olduqlarından utanmırlar. Türk etnosu Azərbaycana da gəlmədir. Bu təbii tarixi prosesdir. Tarixi inkişaf hər yerdə belə olub və nəticədə etnoslar bir-birinə qarışaraq yeni millətlər yaradıblar. Belə millətlərdən biri də bizik. Kökümüz o cümlədən türk etnosuna da bağlıdır (dilimiz də türk kökənli olmaqla yanaşı sözlərinin 60%-i ərəb-fars mənşəlidir). Amma həmin etnosun kökünü burada 3000 il əvvəl də axtararaq özümüzü gülünc vəziyyətə qoymayaq da! Ərdoğan demişkən, “mən türkəm, amma türkçü deyiləm”. Türk olmaq şərəfdir, türkçü olmaq cılızlıq... "
News365.az

Sizin reklam burada
Sizin reklam burada