Bu adada da fövqəladə vəziyyət elan edildi

Bu adada da fövqəladə vəziyyət elan edildi
15 Fev 2025 18:30

Son həftələrdə Egey dənizində intensivləşən seysmik aktivlik səbəbindən Santorini adasından sonra Yunanıstanın Niyoz adasında da fövqəladə vəziyyət elan edilib.


News365.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Mülki Müdafiə üzrə baş katibi Vasilis Papayeorgiu qərar imzalayıb.


Bildirilib ki, adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.


Xatırladaq ki, Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilmişdi.


Sizin reklam burada
Sizin reklam burada