Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar

Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar
06 Sen 2025 17:22

Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb.

News365.az xəbər verir ki, Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.

Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kiloqram) və Ruslan Rüstəmov (65 kiloqram) fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi turniri bürünc medalla başa vurublar.


Sizin reklam burada
Sizin reklam burada