Alimlər bir molekulun kvant vəziyyətini lazerlə idarə etməyə nail olublar

Alimlər bir molekulun kvant vəziyyətini lazerlə idarə etməyə nail olublar
21:20

Alimlər bir molekulun kvant vəziyyətini lazerlə idarə etməyə nail olub.

News365.az xəbər verir ki, Almaniya və İsrail alimlərinin iştirakı ilə aparılan araşdırmada tək bir molekulun kvant vəziyyətini idarə etmək və optik üsulla oxumaq mümkün olub.

Tədqiqatçılar xüsusi hazırlanmış molekulu kristalın daxilində yerləşdirərək onun elektron spinini lazer və mikrodalğalar vasitəsilə idarə ediblər. Bu, kvant məlumatlarının saxlanılması və fotonlarla ötürülməsi üçün mühüm addım hesab olunur.

Alimlər gələcəkdə bu yanaşmanın kvant şəbəkələrinin və daha güclü kvant kompüterlərinin hazırlanmasına kömək edə biləcəyini düşünürlər.


Sizin reklam burada
Sizin reklam burada