Bəşər Əsədin atasının məzarı qazıldı - Sümükləri oğurlandı – VİDEO

Bəşər Əsədin atasının məzarı qazıldı - Sümükləri oğurlandı – VİDEO
13:34

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin Əl-Laziqiyyə vilayətinin Qardaha şəhərində yerləşən məzarı naməlum şəxslər tərəfindən qazılıb və qəbirdə olan sümüklər oğurlanıb.

News365.az xəbər verir ki, bunu sübut edən görüntü Suriyanın bir neçə "Telegram" kanalında dərc edilib.

Belə ki, videoda məzarın sinə daşının tamamilə dağıdıldığı, məzarın qazılaraq oradakı sümüklərin götürüldüyü aydın görünür.

Hələlik Suriyanın rəsmi qurumları məlumatı şərh etməyib.

Məlumat üçün əlavə edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.



Sizin reklam burada
Sizin reklam burada