İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin V turunda "Sabah"la qarşılaşmaq üçün bu gün Bakıya gələcək.
News365.az xəbər verir ki, Kataloniya təmsilçisinin Azərbaycana səfəri klubun Avropa turnirləri tarixində ən uzaq səfəri olacaq.
Belə ki, "Barselona" ilə Bakı arasındakı məsafə 3 970 kilometrdir. Bu göstəriciyə qədər rekord Rusiyanın Kazan şəhərinə məxsusdur. "Barselona" Pep Qvardiolanın rəhbərliyi altında 2009 və 2010-cu illərdə ÇL-nin qrup mərhələsində "Rubin"lə səfər oyunları keçirib. Hər iki qarşılaşma heç-heçə ilə yekunlaşıb. Kazanla Barselona arasındakı məsafə 3 725 kilometrdir.
Siyahıda üçüncü yerdə İsrailin Beer-Şeva şəhəri qərarlaşıb. Kataloniya klubu 1995-ci il sentyabrında UEFA Kubokunun I mərhələsinin ilk oyununda"Hapoel"i səfərdə 7:0 hesabı ilə məğlub edib. Həmin şəhərlə Barselona arasındakı məsafə 3 114 kilometrdir.
Qeyd edək ki, "Sabah" - "Barselona" oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.