Putin geri addım atır? Ukraynaya təhlükəsizlik zəmanətinə razılıq iddiası

Putin geri addım atır? Ukraynaya təhlükəsizlik zəmanətinə razılıq iddiası
13:02

Rusiya Prezidenti Vladimir Putinin müharibə başa çatdıqdan sonra Ukraynanın ABŞ və Avropa ölkələrindən NATO-nun 5-ci maddəsində nəzərdə tutulan kollektiv müdafiə prinsipinə bənzər təhlükəsizlik zəmanətləri almasına gizli şəkildə razılıq verdiyi iddia olunur.

News365.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyanın indiyədək əsas tələblərindən biri NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməməsi olub. Təklif olunan təhlükəsizlik mexanizminin isə Ukraynaya ABŞ və Avropa dövlətlərinin iştirakı ilə müdafiə zəmanətləri verilməsini nəzərdə tutduğu bildirilir.


Sizin reklam burada
Sizin reklam burada