“Neftçi” liderliyə yüksəldi

“Neftçi” liderliyə yüksəldi
16:51

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq.

Günün ilk matçı Şamaxıda baş tutub.

Autsayder “Araz-Naxçıvan” liderlər qrupunda qərarlaşan “Neftçi”ni qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da xallarının sayını 27-yə çatdıran “Neftçi” yenidən turnir cədvəlinin liderliyinə yüksəlib.

Günün digər qarşılaşmasında isə “Kəpəz” Gəncədə “Qarabağ”la üz-üzə gələcək.

15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda keçiriləcək matçda anşlaq yaşanacağı gözlənilir. Belə ki, qarşılaşma üçün satışa çıxarılan bütün biletlər oyundan iki gün əvvəl satılıb.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” görüşü saat 17:00-da başlayacaq.


Sizin reklam burada
Sizin reklam burada