İlham Zəkiyevdən növbəti qələbə

İlham Zəkiyevdən növbəti qələbə
22:00

Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-Pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat yayıb.

Paracüdoçumuz 1/8 finalda britaniyalı Den İnqliş üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.


Sizin reklam burada
Sizin reklam burada