Rusiyanın ən yaşlı “qanuni oğru”su, kriminal aləmdə “Valter” ləqəbi ilə tanınan 80 yaşlı Valiko Cedjey Moskvanın Şeremetyevo hava limanında saxlanılıb.
News365.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uzun müddət Monteneqroda yaşayan Cedjey vizasının müddəti bitdiyi üçün ölkəni tərk edib.
Monteneqrodan Ermənistana gələn “Valter” Rusiya vətəndaşı olduğu üçün Moskvaya göndərilib.
İkitərəfli pnevmoniyadan əziyyət çəkən şəxs hava limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, polisə tezliklə Rusiyanı tərk edəcəyinə söz verib.