İkiqat paralimpiya çempionu İlham Zəkiyev Misirdə bürünc medal qazanıb

İkiqat paralimpiya çempionu İlham Zəkiyev Misirdə bürünc medal qazanıb
10:50

İkiqat paralimpiya çempionu, Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində təşkil olunan Qran-Pri turnirində mükafatçılar sırasına düşüb.

 J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində tatamiyə çıxan təcrübəli idmançımız yarışı bürünc medalla başa vurub.

Üçüncü yer uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gələn İlham Zəkiyev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.


Sizin reklam burada
Sizin reklam burada