Türk, rus və ingilis dillərində olan xarici ali təhsil sənədlərinin Azərbaycan dilinə tərcüməsi və notariat qaydasında təsdiqi tələb olunmur.
News365.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Bildirilib ki, xarici diplomların tanınması qaydalarına əsasən, qeyd olunan üç dildə təqdim edilən ali təhsil sənədlərinin və əlavələrinin tərcüməsinə ehtiyac yoxdur. Vətəndaşlar həmin sənədləri birbaşa təqdim edə bilərlər.
TKTA əlavə edib ki, bu qayda yalnız türk, rus və ingilis dillərində olan sənədlərə aiddir. Digər dillərdə tərtib edilmiş sənədlər isə Azərbaycan dilinə tərcümə olunmalı və notariat qaydasında təsdiqlənməlidir.