İraqda İŞİD terror qruplaşmasına qarşı keçirilən xüsusi əməliyyat nəticəsində təşkilatın nüfuzlu komandirlərindən biri öldürülüb. Əməliyyat zamanı terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma yaşanıb.
News365.az xəbər verir ki, bu barədə İraq Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata əsasən, hadisə Diyala əyalətində baş verib. Əməliyyat zamanı “Xəttab Cəzirə” ləqəbi ilə tanınan İŞİD üzvü zərərsizləşdirilib. Digər silahlılar isə yaralanaraq hadisə yerindən qaçmağa müvəffəq olublar.
İraq təhlükəsizlik qurumunun açıqlamasında öldürülən şəxsin Diyalada fəaliyyət göstərən İŞİD şəbəkəsində bir neçə mühüm rəhbər vəzifə tutduğu bildirilib. Onun İraq təhlükəsizlik qüvvələrinə və “Əl-Həşd əş-Şabi” qüvvələrinə qarşı hücumların təşkilində, eləcə də dövlət qurumları ilə əməkdaşlıq edən mülki şəxslərin qətlə yetirilməsində iştirak etdiyi qeyd olunub.
News365.az