Masallıda ağır tonnajlı yük avtomobili aşdı, hərəkət dayandı - VİDEO

Masallıda ağır tonnajlı yük avtomobili aşdı, hərəkət dayandı - VİDEO
31 Mar 2025 13:36

Ələt-Astara magistralının Masallı rayonu ərazisində ağır tonnajlı yük avtomobili aşıb. 

Hadisə magistralın yeni hissəsində qeydə alınıb.
 

Məlumata görə, Dağıstan Respublikasına məxsus "TIR" Astara istiqamətindən Bakı istiqamətində hərəkətdə olarkən aşaraq yolun hərəkət hissəsini qismən bağlayıb. Bu səbəbdən magistralda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.


Polis əməkdaşları sürücülərin alternativ yolla hərəkət etməsi üçün tədbirlər görür. 

Qeyd olunur ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.













Sizin reklam burada
Sizin reklam burada