Xaçmaz rayonunun dörd kəndində yanğın baş verib.
Yanğın rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, həmçinin İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə baş verib.
Ərazilərə FHN-nin Xaçmazla yanaşı Quba və Şabran rayonlarının yanğından mühafizə briqadalarının texnikaları və canlı qüvvələri cəlb olunub.
Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlərə davam etdirilir.