Böyükşor-Pirşağı avtomobil yolunda avtomobil yanıb.
Adıçəkilən yolda hərəkətdə olan "Range Rover" markalı minik avtomobili qəflətən yanmağa başlayıb.
Sürücü maşını yolun kənarına çəkərək, son anda yanğından xilas olub.
"Range Rover" yanaraq külə dönüb. Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.