Azərbaycanlı iş adamı faciəli şəkildə öldü

Azərbaycanlı iş adamı faciəli şəkildə öldü
09:35

Gürcüstanda Marneuli-Ağbulaq yolunun "Mal bazarı" adlanan ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dirəyə çırpılıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib.

Həyatını itirən şəxsin bölgədə məşhur restoranlardan birinin sahibi Namiq Qocayev olduğu bildirilir.//Oxu.az


Sizin reklam burada
Sizin reklam burada